Bakı. Trend:
Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə yükdaşımaların həcmi 10 milyon tonu keçib.
Trend xəbər verir ki, bu sözləri İranın nəqliyyat nazirinin müavini Şəhriyar Əfəndizadə deyib.
Ş.Əfəndizadə bildirib ki, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas seqmenti olan Qəzvin-Rəşt-Astara (İran) -Astara (Azərbaycan) dəmir yolunun Rəşt-Astara hissəsi başa çatdıqdan sonra tranzit yükdaşımaların həcmi 15 milyon tona çatacaq.
Nazir müavini nəzərə çatdırıb ki, ötən ilin sentyabr ayında Bakıda Azərbaycan, İran və Rusiyanın rəsmi şəxsləri arasında keçirilən görüşdə bu məsələ müzakirə olundu və qərara alındı ki tranzit yükdaşımaların həcmini 15 milyon tona çatdırmaq üçün qarşılıqlı əməkdaşlıq artırılsın.