Bakı. Trend:
Kapital Bankın Naxçıvan Bankı satın almaq planı yoxdur.
Trend cümə günü xəbər verir ki, bunu Kapital Bankın idarə heyətinin sədri Fərid Hüseynov ilin yekunlarına 2024-2026-cı illər üzrə strategiyaya həsr olunmuş mətbuat konfransında deyib.
Sədrin sözlərinə görə, Kapital Bank Naxçıvan Bankın 60 milyon manat dəyərində istehlak kreditləri portfelinin bir hissəsini əldə edib.
"Lakin müxtəlif bank və qeyri-bank kredit təşkilatlarında istənilən aktivin əldə edilməsi barədə mütəmadi danışıqlar apara bilərik", - o deyib.
Qeyd edək ki, dekabrın 4-də "Naxçıvan Bank" ASC-nin istehlak kreditlərinin bir hissəsi "Kapital Bank" ASC-yə təhvil verilib.
"Naxçıvan Bank"ın 2023-cü ilin üçüncü rübünün yekunları üzrə maliyyə hesabatına əsasən, istehlak kreditlərinin həcmi 100 milyon manata yaxın olub.
Xatırladaq ki, 2023-cü ilin üçüncü rübü ərzindəki maliyyə göstəricilərinə əsasən, "Kapital Bank" aktivləri 2023-cü il 1 oktyabr tarixinə 8,5 milyard manat olub. Bankın kredit portfelinin həcmi 4 milyard manata, müştəri depozitlərinin ümumi məbləği isə 6,5 milyard manata çatıb.
1 oktyabr 2023-cü il tarixinə Kapital Bankın məcmu kapitalı vergi tutulmalarından sonra 792 milyon manat, adi və imtiyazlı səhmləri 265 milyon manat, xalis mənfəəti isə 182,012 milyon manat olub.
(Tərcümə: Rəna Əbdürəhmanova)