...

Bakı-Sumqayıt dəmir yolunun infrastrukturu yenidən qurulacaq

İqtisadiyyat Materials 26 Fevral 2024 12:05 (UTC +04:00)
Bakı-Sumqayıt dəmir yolunun infrastrukturu yenidən qurulacaq
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Hazırda Bakı-Sumqayıt dəmir yolu xəttinin infrastrukturunun yenidənqurma planı hazırlanır.

Trend xəbər verir ki, bu barədə Xocalı soyqırımına həsr olunan "Ana fəryadı" abidə kompleksinin ziyarəti zamanı "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin sədri Rövşən Rüstəmov jurnalistlərə deyib.

"Bu gün dəmir yolu xətləri, elektrik təchizatı, Bakı dairəvi yolu, yəni Sumqayıt-Bakı yolunun infrastrukturunun kökündən yenidən qurulmasına ehtiyac var. Lazım olan investisiyaların həcmi hesablandıqdan sonra infrastrukturun yaxşılaşdırılmasına başlayacağıq", - o deyib.

Qeyd edək ki, bu gün Xocalı soyqırımından 32 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan etdi. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirildi, 1275 dinc sakin əsir götürüldü, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.

R.Rüstəmov, həmçinin, Sumqayıt-Bakı dəmir yolunda yetərincə böyük sərnişin axınının olduğunu qeyd edib

"2023-cü ilin əvvəlində hər gün 24 min sərnişin daşınırdısa, hazırda bu rəqəm 30 mini ötür", - deyə o əlavə edib.

Qeyd edək ki, bu gün Xocalı soyqırımından 32 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan etdi. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirildi, 1275 dinc sakin əsir götürüldü, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti