...

Orta Dəhliz ticarət üçün mühüm kanaldır - "Atlantic Council"

İqtisadiyyat Materials 6 İyun 2024 14:34 (UTC +04:00)
Orta Dəhliz ticarət üçün mühüm kanaldır - "Atlantic Council"
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ, Avropa və digər ölkələr Transatlantik münasibətlər çərçivəsində Azərbaycanı və Orta Dəhlizi mühüm ticarət kanalı olaraq görür.

Trend xəbər verir ki, bu barədə bu gün Atlantik Şurasının (Atlantic Council) Qlobal enerji mərkəzinin baş direktoru Landon Derentz 29-cu Bakı Enerji Forumu çərçivəsində "Neft axınları: Kross-logistika və Azərbaycanda infrastrukturun inkişafı" panel müzakirəsində deyib.

"Atlantik Şurası Vaşinqtonun Kolumbiya dairəsində yerləşən və beynəlxalq problemləri Amerika siyasətinin prizmasından araşdıran, lakin həm də tərəfdaşlarımız və müttəfiqlərimizlə münasibətləri möhkəmləndirmək imkanlarını nəzərə almaqla Amerika siyasətini formalaşdıran təhlil mərkəzidir. Bu kontekstdə Azərbaycan bu düşərgəyə mükəmməl uyğunlaşır. ABŞ, Avropa və digər ölkələr Transatlantik münasibətlər çərçivəsində Azərbaycanı və Orta Dəhlizi mühüm ticarət kanalı olaraq görür. Bu dəhlizin inkişafında Azərbaycanın əhəmiyyətini vurğulamaq lazımdır", - o deyib.

Qeyd edək ki, Orta Dəhliz 10 ildir ki, fəaliyyət göstərir, lakin geosiyasi reallıqlar səbəbindən son 2-3 ildə ən aktiv şəkildə inkişaf edir.

2023-cü ildə Orta Dəhlizdən 2,7 milyon ton yük keçib (86 faiz artım) bu il həcmin 4,2 milyon ton olacağı nəzərdə tutulur.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti