Bakı. Trend:
2024-cü ilin birinci yarısında Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 2.978 milyard ABŞ dollar təşkil edib.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) statistika departamentinin direktoru Samir Nəsirov media-brifinq zamanı deyib.
Onun sözlərinə görə, il ərzində göstərici 0,04 faiz azalıb.
"Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların həcminə görə ilk 10 ölkə bunlardır: Böyük Britaniya - 913,293 milyon dollar, Türkiyə - 622,523 milyon dollar, Kipr - 372,866 milyon dollar, BƏƏ - 236,866 milyon dollara, İran - 183,99 milyon dollar, Yaponiya - 124,205 milyon dollar, Macarıstan - 92,227 milyon dollar, Norveç - 70,692 milyon dollar, ABŞ - 64,041 milyon dollar və Rusiya - 62,78 milyon dollar ", - Nəsirov qeyd edib.
Xatırladaq ki, 2023-cü ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 6,658 milyard ABŞ dolları (6,1 faiz artım) təşkil edib.