...

Alma, armud və heyva ixracı Azərbaycana 60 milyon dollar qazandırıb

İqtisadiyyat Materials 9 Dekabr 2024 10:35 (UTC +04:00)
Alma, armud və heyva ixracı Azərbaycana 60 milyon dollar qazandırıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycandan xarici ölkələrə alma, armud və heyva ixracında artım davam edir.

Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, 2024-cü ilin yanvar-noyabr aylarında ölkəmizdən xarici bazarlara 94 min 526.3 ton alma, armud və heyva ixrac olunub.

Məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,2% çoxdur.

Azərbaycandan alma, armud və heyva ixracının ümumi dəyəri 59 milyon 994 min 600 dollar təşkil edib. Bu meyvələrin ixracında ötən ilin yanvar-noyabr ayı ilə müqayisədə 2.8% daha çox gəlir əldə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti