...

Tbilisi-Bakı reysini yerinə yetirən təyyarə gecikir - AZAL

İqtisadiyyat Materials 18 Fevral 2025 15:40 (UTC +04:00)
Tbilisi-Bakı reysini yerinə yetirən təyyarə gecikir - AZAL
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin J2-8230 nömrəli Tbilisi-Bakı reysini yerinə yetirən təyyarəsinin uçuşu texniki səbəblərdən gecikir.

Bu barədə Trend-ə AZAL-dan məlumat verilir.

Bildirilir ki, gecikən reysin sərnişinləri aviaşirkətin qaydalarına uyğun olaraq bütün zəruri vasitələrlə təmin olunurlar.

"Yaxın saatlarda reysin Bakıya yola düşməsi gözlənilir.

Əlavə suallar yaranarsa, sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər.

AZAL üçün uçuşların təhlükəsizliyi bir nömrəli prioritet olduğunu və yaranmış narahatlığa görə üzrxahlığımızı bildiririk", - məlumatda qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti