...

Azərbaycanda dəmir yolu nəqliyyatı ilə sərnişin və yük daşımalarının həcmi açıqlanıb

İqtisadiyyat Materials 17 Mart 2025 16:36 (UTC +04:00)
Azərbaycanda dəmir yolu nəqliyyatı ilə sərnişin və yük daşımalarının həcmi açıqlanıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 2025-ci ilin yanvar-fevral aylarında 2,9 milyon ton yük, 1 milyon 413,6 min sərnişin daşınıb.

Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə,2024-cü ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 1,0 faiz azalma, sərnişin daşınmasında isə 12,1 faiz artım müşahidə olunub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-fevral ayları ərzində yük və sərnişin daşımaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 3,1 faiz və 4,8 faiz artıb. Nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 36,3 milyon ton yük daşınıb. Yüklərin 4,0 faizi dəniz, 8,1 faizi dəmir yolu, 0,2 faizi hava, 56,9 faizi avtomobil nəqliyyatı, 30,8 faizi isə boru kəməri ilə daşınıb.

Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 3,6 faiz artıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 75,9 faiz təşkil edib. 2025-ci ilin yanvar-fevral aylarında nəqliyyatçılar 308,6 milyon sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 88,1 faizi avtomobil nəqliyyatı, 11,3 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti