...

Ölkədaxili elektron ticarət əməliyyatlarının həcmi 43%-ə yaxın artıb

İqtisadiyyat Materials 21 Mart 2025 16:51 (UTC +04:00)
Ölkədaxili elektron ticarət əməliyyatlarının həcmi 43%-ə yaxın artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar ayında Azərbaycanda ölkədaxili elektron ticarət əməliyyatlarının sayı 102,7 milyon ədədə, həcmi isə 5,8 milyard manata bərabər olub.

Bu barədə Trend Mərkəzi Bankdan məlumat əldə edib.

Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə say baxımından 36,4 milyon ədəd və ya 54,9%, həcm baxımından isə 1,7 milyard manat və ya 42,8% çoxdur.

Qeyd edək ki, 2024-cü ilin yanvar ayında Azərbaycanda ölkədaxili elektron ticarət əməliyyatlarının sayı 66,3 milyon ədədə, həcmi isə 4,1 milyard manata bərabər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti