...

Ukrayna vətəndaşı Azərbaycanda yeni BOKT yaradıb

İqtisadiyyat Materials 10 Aprel 2025 12:38 (UTC +04:00)
Ukrayna vətəndaşı Azərbaycanda yeni BOKT yaradıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət Vergi Xidməti cari ilin fevral ayının 24-də bank olmayan kredit təşkilatı (BOKT) “Aventus Azerbaijan” Məhdud Məsuliyyətli Cəmiyyəti dövlət qeydiyyatına alıb.

Trend bu barədə Dövlət Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.

Məlumata görə, şirkətin qanuni təmsilçisi Ukrayna vətəndaşı İryna Barskadır.

Nizamnamə kapitalı 1 milyon manat olan BOKT-un hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi ev.14A m.171-dir.

BOKT-un müşahidə şurasının üzvləri Liana Kruckauskiene, Andrii Dokuchaiev və Mykhailo Budzhakdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti