Bakı. Trend:
Dövlət Vergi Xidməti cari ilin yanvarın ayının 22-də bank olmayan kredit təşkilatı (BOKT) “Fintechcredit” Məhdud Məsuliyyətli Cəmiyyəti dövlət qeydiyyatına alıb.
Trend bu barədə Dövlət Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.
Məlumata görə, şirkətin qanuni təmsilçisi Bilallı Bilal Hilal oğludur.
Nizamnamə kapitalı 1 milyon manat olan BOKT-un hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti ev. 183 m.6-dir.
Qeyd edək ki, Dövlət Vergi Xidməti tərəfindən yanvarın 27-də “Forfinance” BOKT, fevralın 24-də “Aventus Azerbaijan” BOKT dövlət qeydiyyatına alınıb.