...

İxrac zamanı logistika üçün subsidiyaların ayrılması Orta Dəhlizin potensialından daha effektiv şəkildə yararlanmağa imkan verəcək - AZPROMO

İqtisadiyyat Materials 11 Aprel 2025 17:04 (UTC +04:00)
İxrac zamanı logistika üçün subsidiyaların ayrılması Orta Dəhlizin potensialından daha effektiv şəkildə yararlanmağa imkan verəcək - AZPROMO
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) ixrac üçün subsidiyalar ayırması Orta Dəhlizin potensialından daha effektiv şəkildə yararlanmağa imkan verəcək.

Trend xəbər verir ki, bunu AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Azərbaycan-Moldova biznes-forumunun gedişində bildirib.

O, müəyyən logistik çətinliklərin olmasına rəğmən, ölkələr arasında idxal-ixrac əməliyyatlarının artacağına ümidini ifadə edib.

“Biz yeni bir mexanizm – ixrac zamanı logistikanın subsidiyalaşdırılmasını tətbiq edəcəyik. Düşünürəm ki, bu, qarşılıqlı ticarət dövriyyəsinin artırılması üçün yaxşı bir platforma və səmərəli alət olacaq”, – deyə Yusif Abdullayev bildirib.

AZPROMO-nun icraçı direktoru qeyd edib ki, Orta Dəhliz Avropa ilə Asiyanı birləşdirən ən vacib nəqliyyat marşrutlarından biridir və qlobal iqtisadi sistemdə ölkə üçün strateji əhəmiyyət daşıyır.

“Bakı–Tbilisi–Qars dəmir yolu marşrutu üzrə xəttin açılması bu dəhliz çərçivəsində mühüm mərhələ oldu və Şərqlə Qərb arasında əlaqəliliyi daha da gücləndirdi. 2024-cü ilin may ayında bu magistralın illik ötürmə qabiliyyəti 5 milyon tona qədər artırıldı”, – deyə o vurğulayıb.

Yusif Abdullayevin sözlərinə görə, cari ilin sonunadək tətbiq olunması planlaşdırılan logistik subsidiyalaşdırma, ixrac üçün yeni imkanların açılmasına xidmət edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti