Bakı. Trend:
Ötən həftə məlum olub ki, Azərbyacanın dövlət büdcəsinin gəlirləri birinci rübdə proqnozu 171 milyon manat üstələyib.
Trend-in məlumatına görə, Azərbaycanın Maliyyə Nazirliyi ilk dəfə depozit hərracı keçirib. Maliyyə Nazirliyi məcburi audit subyektlərinə və ictimai qurumların maliyyə hesabatlarını tərtib edən təşkilatlara müraciət edib.
Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı 3%-ə yaxın artıb. Birinci rübdə Azərbaycanda qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 10 %-dən çox artıb. Naxçıvanda vergi daxilolmaları 10 faiz artıb. Bu il Naxçıvanda vergi ödəyicilərinə verilən Asan İmza sertifikatının sayı açıqlanıb. Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı 19%-dən çox artıb. Azərbaycanda POS-terminalların sayı bir ildə 35 min ədədə yaxın çoxalıb. Azərbaycanda sosial və əməkhaqqı kartlarının sayı azalıb. Yeni nəsil NKA-lar vasitəsilə dövriyyə 6,1 milyard manatdan çox olub.
Həmçinin, keçən həftə açıqlanıb ki, Azərbaycanda əsas kapitala yönəldilmiş investisiyaların həcmi 10%-dən çox azalıb. Birinci rübdə Azərbaycanda ÜDM istehsalı cüzi artıb. Azərbaycanda orta aylıq əməkhaqqı və muzdla işləyənlərin sayı məlum olub. Bakıda orta aylıq nominal əməkhaqqı 9%-dən çox artıb. Bakıda ödənişli xidmətlərin dəyəri 13%-dən çox artıb.
Azərbaycan bankları son bir ildə 1,5 milyard manat istehlak krediti verib. Fevralda Azərbaycan bankları 20 milyon manat mənfəət vergisi ödəyib. Fiziki şəxslərin banklarda manatla əmanətləri artıb, xarici valyuta ilə isə azalıb. Sürətli pul köçürmə sistemləri ilə banka daxilolmalar və kənara köçürmələr azalıb. Azərbaycanda kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sektoruna kredit qoyuluşlarının həcmi 12% artıb. Kredit sığortası üzrə yığımlar 35%-ə yaxın artıb.
Azərbaycanda işsizlikdən sığorta haqları üzrə daxilolmalar 14 faiz artıb. Bu il Naxçıvanda icbari tibbi və işsizlikdən sığorta haqları üzrə daxilolmaların həcmi açıqlanıb.
Ötən həftə Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən sistem əhəmiyyətli bankların qiymətləndirilməsi meyarları təsdiqlənib. AMB “Azərpoçt”u və onun vəzifəli şəxsini cərimələyib. AMB bəyan edib ki, “Paysis” MMC ödəniş sahəsində aidiyyəti qanunvericilik və normativ aktların tələblərini pozub.
Keçən həftə məlum olub ki, Azərbaycanda cari ilin yanvarın ayının 22-də bank olmayan kredit təşkilatı (BOKT) “Fintechcredit”, fevral ayının 24-də “Aventus Azerbaijan” BOKT, yanvarın ayının 27-də “Forfinance” BOKT dövlət qeydiyyatına alınıb.
Asiya İnkişaf Bankı (AİB) 2025-ci ildə Azərbaycanın büdcə gəlirlərini ümumi daxili məhsulun (ÜDM) 30%-i həcmində proqnozlaşdırır. AİB-in proqnozlarına görə, 2025-ci ildə Azərbaycanda inlfyasiya səviyyəsi 4,2 faiz təşkil edəcək, 2026-cı ildə isə bu göstərici 3,5 faizə qədər azalacaq.
Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatlarına görə, Azərbaycanda inflyasiya AMB-nin hədəf diapozonunda qalacaq, Azərbaycanda vergi güzəştləri nəticəsində illik gəlir itkisi 2 milyard manatdan çoxdur, Azərbaycanın bank sektoru dayanıqlı olsa da, bəzi risklər hələ də var, 2029-cu ildə Azərbaycanın nominal ÜDM-i 160 milyard manatı ötəcək.