Bakı. Trend:
Son illərdə SƏTƏM və proses təhlükəsizliyi üzrə idarəetmə sistemləri yenilənib.
Trend xəbər verir ki, bunu "SOCAR Downstream Management MMC"-nin baş direktoru Emil Alxaslı “Sənaye Təhlükəsizliyi Zirvəsi 2025”də çıxışı zamanı deyib.
O bildirib ki, SOCAR-ın emal müəssisələrində proses təhlükəsizliyinin gücləndirilməsi və risklərin sistemli şəkildə idarə olunması üzrə yeni mərhələyə start verilib.
"Bu çərçivədə müəssisələrdə təhlükəsizlik baryerləri gücləndirilir, istismar riskləri azaldılır və təhlükəsizlik mədəniyyəti yeni mərhələyə çıxarılır. Proses təhlükəsizliyi sahəsində buraxılan xətalar ani zamanda ağır fəsadlara yol aça bildiyi üçün bu istiqamət SOCAR üçün prioritet hesab olunur".
