Bakı. Trend:
2025-ci ildə Azərbaycanda elektron ticarət vasitəsilə 5,8 min əməliyyat həyata keçirilib və onların ümumi məbləği 441 milyon manat təşkil edib.
Trend bu barədə Azərbaycanın Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata görə, 2024-cü ilin göstəriciləri ilə müqayisədə elektron ticarət vasitəsilə həyata keçirilən əməliyyatların sayı 968 vahid və ya 14,2% azalıb, ümumi həcm isə 107 milyon manat və ya 19,5% aşağı düşüb.
2024-cü ildə Azərbaycanda elektron ticarət vasitəsilə 6,8 min əməliyyat həyata keçirilib və onların ümumi məbləği 548 milyon manat təşkil edib.
Qeyd edək ki, 2025-ci ilin sonunda Azərbaycanda bank sistemləri və “Azərpoçt” ASC vasitəsilə dövriyyədə olan ödəniş kartlarının sayı əvvəlki aya nisbətən 145 min artaraq 21 milyon 980 min ədədə çatıb.
2024-cü ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 10,5 faiz artıb.
