...

"Bank Respublika"nın bankomatlarının sayı artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Sentyabr 2007 17:41 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Bank Respublika ilin əvvəlindən Bakıda və ölkənin regionlarda 8 yeni bankomat quraşdırıb, bu barədə bankın məlumatında deyilir. Bu günə Bank Respublika-nın bankomat şəbəkəsi Bakı, Gəncə, Sumqayıt, Əli Bayramlı, Quba, Xaçmaz, Lənkəran və Yevlax şəhərlərində fəaliyyət göstərən 24 bankomatdan ibarətdir. Ilin axırına qədər isə bankomatların sayının 35-ə çatdırılması gözlənilir.

Bank Respublika-nın bankomatları MasterCard i VISA ödəmə sistemlərinin kartlarını qəbul edir. Bank Respublika-nın bankomatları vasitəsilə nağd pulun alınması, hesab üzrə çıxarışların alınması, mobil rabitə operatorlarının xidmətlərinin ödənilməsi, kommunal xidmətlərinin ödənilməsi, bir kartdan digər karta pul vəsaitinin köçürülməsi (Card-to-Card xidməti) əməliyyatlarını aparmaq mümkündür.

Bank Respublika bankomatlarının ünvanları:

Xaqani küç. 21 (Bankın Baş Ofisi)

Xaqani küç. 21 (Bankın Baş Ofisi, avro-bankomat)

Nizami küç. 64 ("Parvin" mağazası)

Mərdanov Qardaşları küç. 3 (Xaqani bağı (keçmiş Malakan bağı)

28 May küç. 58 ("Sevimli Dad" mağazası)

H.Hacıyev küç. 38 ("Sevimli Dad" mağazası)

Atatürk pr. 2 (Azercell Xidmət Mərkəzi, "Gənclik" m. st. yaxınlığında)

Atatürk pr. 44 ("Panalpina" şirkətinin qarşısı, Ayna Sultanova monumentinin yaxınlığında)

H.Cavid pr. 535 ("Gallery" mağazası, "Elmlər Akademiyası" m. st. yaxınlığında)

Azadlıq pr. 149 ("Azadlıq" filialı)

Neftçilər pr. 67 ("Azneft" filialı, Funikulyor st. yaxınlığında)

C.Cabbarlı küç. 38 ("Nərimanov" filialı, Caspian Business Center yaxınlığında)

D.Əliyeva küç. 243 ("Nəsimi" filialı)

Sarayevo küç. 18Q ("Əhmədli" filialı)

Hüseynbala Əliyev küç. 24 ("Memar Əcəmi" şöbəsi)

Bakıxanov qəsəbəsi, Fətəliyev küç. 13 ("İstanbul" mağazası)

Mərdəkan qəsəbəsi, Yesenin küç. 1 ("Fərid market")

Gəncə ş., Gəncə küç. 39 ("Gəncə" filialı)

Sumqayıt ş., 45-ci məhəllə, N.Nərimanov küç. 1 ("Sumqayıt" filialı)

Əli Bayramlı ş., 20 Yanvar küç. 26A ("Əli Bayramlı" filialı)

Quba ş., H.Əliyev pr. 156A ("Quba" filialı)

Xaçmaz ş., N.Nərimanov küç. 49 ("Xaçmaz" şöbəsi)

Lənkəran ş., Ş.Axundov küç. 19 ("Lənkəran" filialı)

Yevlax ş., H.Əliyev pr. 12 ("Yevlax" filialı)

Xəbər lenti

Xəbər lenti