Azərbaycan, Bakı / Trend müxbir U.İsmaylova/ Yanvar-avqust ayları ərzidə "Bank Respublika"nın aktivləri 86,7 faiz genişlənib və 207,8 mln. manat təşkil edib. Bu barədə bankın məlumatında bildirilir.
Yeddi ay ərzində bankın kredit çantası 86,7 faiz genişlənərək 135,9 mln. manata çatıb.
Hesabat dövründə müştəri depozitləri iki dəfədən çox artaraq 106.3 mln. manat təşkil edib.
"Bank Respublika"da əhali əmanətlərinin həcmi yanvar-avqust ayları ərzində 78 faiz artıb və 47.3 mln. manat təşkil edib. Hesabat dövründə "Bank Respublika"nın birgə kapitalı 54,4 faiz genişlənərək 19,0 mln. manat təşkil edib.
Yanvar-avqust ayları ərzində fəaliyyətin yekunu üzrə "Bank Respublika"nın gəlirləri 17,7 mln. manat, xərcləri isə 14,3 mln. manat təşkil edib.
Hesabat dövründə bankın balans mənfəəti 3,4 mln. manat təşkil edib.