...

Azərbaycan prezidenti Bakıda yeni beynəlxalq avtovağzal tikintisinin gedişatı ilə tanış olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Sentyabr 2007 12:17 (UTC +04:00)
Azərbaycan prezidenti Bakıda yeni beynəlxalq avtovağzal tikintisinin gedişatı ilə tanış olub

Azərbaycan, Bakı / Trend , müxbir A.İsmayılova/ Şənbə günü Azərbaycan prezidenti İlham Əliyev Bakıda yeni beynəlxalq avtovağzal tikintisinin gedişatı ilə tanış olub.

Avtovağzal tikintisinin 2008-ci ildə başa çatdırılması planlaşdırılır. O, sutkada 15-20 min sərnişin və 1000-ə qədər avtobusa xidmət göstərə bilər. Avtovağzaldan hərəkən edən əsas marşrutlar MDB ölkələri, həmçinin, İran və Türkiyə istiqamətində olacaq.

Azərbaycan prezidenti bu gün, həmçinin Bakıda, Z.Bünyadov küçəsində yeni avtomobil körpüsünün açılış mərasimində iştirak edib. Onun tikinti dəyəri 22,1 mln. manat təşkil edib.

Xəbər lenti

Xəbər lenti