...

Bakı Fond Birjasında əlavə DQİ yerləşdirilməsi üzrə hərrac keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Oktyabr 2007 19:03 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Oktyabrın 11-də Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 10300617S saylı dövlət qeydiyyatından keçmiş qısamüddətli dövlət istiqrazlarının əlavə yerləşdirilməsi üzrə hərrac keçirilib.

1 investor tərəfindən təqdim olunmuş sifarişin nominal üzrə ümumi məbləği 524 000 manat təşkil edib.

Sifariş 95.05% (gəlirlik 10.56%) qiymətdə təqdim olunub. İstiqraz vərəqələrinin rəqabətli sifariş üzrə kəsmə qiyməti - 95.05% (gəlirlik 10.56%) orta ölçülmüş qiymət - 95.05% (gəlirlik 10.56%) səviyyəsində Maliyyə Nazirliyi tərəfindən müəyyənləşdirilib.

İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi 524 000 manat olub. İstiqraz vərəqələrinin ödəmə tarixi 8 aprel 2008-ci ildir.

Xəbər lenti

Xəbər lenti