...

Azərbaycan sərmayə axınını qeyri-neft sektoruna yönəldir (video)

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Oktyabr 2007 19:21 (UTC +04:00)
Azərbaycan sərmayə axınını qeyri-neft sektoruna yönəldir (video)

Azərbaycan, Bakı / Trend / Azərbaycanın 2008-ci il üçün dövlət büdcəsi layihəsində xarici borclara olan məhdudiyyətlər 2007-ci ilin 1,2 mlrd.manat göstəricisi ilə müqayisədə 2,4 mlrd. manat səviyyəsində müəyyən olunub. Borcların həcminin ikiqat artırılması avrobondların yerləşdirilməsi ilə bağlıdır ki, bu emissiyaların həcmi əvvəllər təklif edilmiş 300 mln. dolardan 500 mln. dollara qədər artırıla bilər. Əli Bayramlı SES-in bərpasına Avropa banklarından təxminən 600-700 mln. dollar, avtomobil yollarının çəkilməsi üçün 300-400 mln. dollar, su təchizatı sisteminin yaxşılaşdırılması üçün Yaponiya Beynəlxalq İnkişaf Bankından160 mln. dollar, ticarət və nəqliyyatın inkişaf etdirilməsi məqsədilə 300 mln. dollar kreditin cəlb edilməsi nəzərdə tutulur.

Azərbaycan Dövlət Statistika Komitəsindən verilən məlumatlar göstərir ki, Azərbaycan hələ də sərmayələr cəlb edir. Yarım il ərzində Azərbaycan iqtisadiyyatına təxminən 2,5 mlrd. xarici sərmayə yatırılıb ki, bu da 2006-cı ilin birinci yarısının göstəricisindən 7,5% çoxdur. Yarım il ərzində birbaşa xarici sərmayələr 1,9 mlrd. dollar təşkil edib, 430 mln. dollar isə, xarici borcun payına düşüb. Neft-qaz sektoruna qoyulan sərmayələr 2,6% artaraq, 1,7 mlrd. dollara çatıb. Ölkənin qeyri-neft sektoruna 156 mln. dollar birbaşa xarici sərmayə yatırılıb.

Ölkənin neft sektoru xarici sərmayədarlar üçün hələ maraqlı olaraq qalmaqdadır. Neftin yüksək qiyməti, dövlətin sabit neft siyasəti, ilk növbədə, Azərbaycan iqtisadiyyatına qoyulan sərmayələrdən tezliklə gəlir götürməyə çalışan iş adamları üçün prioritetdir. 1994-cü ildən Azərbaycanın neft-qaz sektoruna qoyulan birbaşa xarici sərmayələrin həcmi 20 mlrd. dollar təşkil edib.

Xarici sərmayədarların diqqətinin neft sektoruna yönəldiyi təqdirdə, Azərbaycan hökuməti qeyri-neft sektoruna sərmayə yatırımlarının həcminin artırılması üçün əlindən gələni edir. Ölkə hakimiyyəti "Azərbaycan İnvestisiya Şirkəti"ni (AİŞ) ölkənin qeyri-neft sektorunun inkişafı üzrə strategiyasının həyata keçirilməsi öhdəliklərini həyata keçirəcək orqan təyin edib.

AİŞ-in fəaliyyəti hesabına ölkənin qeyri-neft sektorunda yodlaşdırılmış duz isitehsal edən zavod, zibil emalı, süd və sement zavodu, neft terminalı, neft-kimya kompleksi, gəmiqayırma zavodları inşa ediləcək. 2007-ci ilin sonuna qədər AİŞ kənd təsərrüfatı və emal sənayesi sahələrində bir sıra sərmayə layihələrini nəzərdən keçirmək niyyətindədir. Şirkəti tərəvəz, meyvə və güllərin yetişdirilməsi və kənd təsərrüfatının emal sahəsində son texnologiyaların tətbiq edilməsi maraqlandırır.

İqtisadi İnkişaf Nazirliyinin proqnozlarına görə, cari ildə 1994-cü ildən bəri, ilk dəfə olaraq, Azərbaycan iqtiadiyyatına qoyulan daxili sərmayələrin həcmi xarici sərmayələrin həcmindən çox olacaq. Bu, iqtisadiyyatın dünya sərmayədarları üçün bağlı olması ilə deyil, dövlətin imkanlarının artması ilə əlaqədardır.

(Leyla Abdullaeva - Trend ın analitik mərkəzinin eksperti)

Xəbər lenti

Xəbər lenti