...

2008-ci ildə Azərbaycanda infilyasiyanın səviyyəsi 12-13 faiz təşkil edəcək – deputat Azər Əmiraslanov

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Noyabr 2007 16:07 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir U.İsmaylova/ 2008-ci ildə Azərbaycanda infilyasiyanın səviyyəsi 12-13 faiz təşkil edəcək. Bu barədə cümə günü İqtisadi İslahatlar Fondunun rəhbəri, deputat Azər Əmiraslanov məlumat verib.

"Əgər 2008-ci ildə enerji daşıyıcıları və kommunal xərclərin qiyməti artmazsa, o zaman ölkədə artım o qədər də yüksək səviyyədə olmayacaq" - deyə Əmiraslanov bildirib.

2007-ci ilin yanvar ayında Azərbaycanın Tarif Şurasının qərarı ilə enerji daşıyıcıları və kommunal xərclərin qiymətləri artırılıb.

Deputatın sözlərinə görə, dövlət ölkədə qiymətləri dondura bilməz və hökumət makroiqtisadi hesablamalar zamanı reallığı nəzərə almalıdır.

Statistika üzrə Dövlət Komitəsinin məlumatına görə, yanvar-oktyabr ayları ərzində Azərbaycanda infilyasiyanın səviyyəsi 16 faiz artıq təşkil edib.

Xəbər lenti

Xəbər lenti