...

Amerika bankı Bakıda nümayəndəlik açmaq üçün ilkin icazə alıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Dekabr 2007 20:03 (UTC +04:00)
Amerika bankı Bakıda nümayəndəlik açmaq üçün ilkin icazə alıb

Azərbaycan, Bakı/ Trend , müxbir İ.Xəlilova/ Azərbaycan Milli Bankı Amerikanın Citi Bank-ına ölkədə nümayəndəlik açmaq üçün ilkin icazə təqdim edib. Bu barədə çərşənbə axşamı AMB-nin Kredit Təşkilatlarının Fəaliyyətinə Nəzarət üzrə Departamentinin direktoru Adışirin Qasımov bildirib. Onun sözlərinə görə, bank Azərbaycanın Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçir. Milli qanunvericiliyə uyğun olaraq, dövlət qeydiyyatından sonra Citi Bank son icazəni almaq üçün ikinci dəfə Milli Banka müraciət edəcək. Qasımov hesab edir ki, qeydiyyat prosesi sürətləndiyi halda, Amerika bankı bu il AMB-nin müsbət qərarını ala bilər. Respublikada iki bankın -Latviyanın Parex Bank və Almaniyanın Commerz Bank-ının nümayəndəlikləri fəaliyyət göstərir. Alman bankı icazəni 2007-ci ilin noyabrında alıb. Qasımovun sözlərinə görə, xarici bankların Azərbaycanın maliyyə bazarında daxil olmaq marağı böyük olsa da, hələ ki, rəsmi müraciət edilməyib. Artıq Fransanın Societe General, Rusiyanın VneshtorgBank-ı Yerli banklarda iştirakda, TBC Bank filial açmaqda (hələ ki, o, bank olmayan kredit təşkilatı SOA Creditin səhmlərinin 75% əldə edib) maraqlı olduqlarını bildiriblər.

Xəbər lenti

Xəbər lenti