...

Bakıda "Parfume de France"ın endirimlərin yalan olduğu aşkar olunub – Antiinhisar Xidməti

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Dekabr 2007 17:12 (UTC +04:00)

Azərbaycan, Bakı / " Trend ", m üxbir A.Bədəlova/ "Parfume de France" firmasının Bakıdakı mağazalar şəbəkəsində aparılan tədqiqatlar alıcılara təklif olunan mal güzəştlərinin həqiqətə uyğün olmadığını aşkar edib. Bu barədə Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin bazar günü yayılan məlumatında bildirilir.

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Dövlət Xidməti KİV - də yayılan güzəştli şirkətlər və endirimlərin monitorinqini aparıb. Araşdırma zamanı aşkar olunub ki, "Parfume de France" firması 80 faiz endirim təliff etməklə, alıcıları aldadır.

"Parfume de France"a qarşı Antiinhisar qanunvericiliyin pozulması üzrə iş qaldırılıb.

Xəbər lenti

Xəbər lenti