...

ASMK "Sahibkarların korrupsiya ilə mübarizə milli strategiyası haqqında məlumatlandırılması" layihəsini reallaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Fevral 2008 15:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 fevral/ " , müxbir Ü.İsmayılova/ Azərbaycan Sahibkarları Milli Konfederasiyası (ASMK) "Sahibkarların korrupsiya ilə mübarizə milli strategiyası haqqında məlumatlandırılması" layihəsinin reallaşdırılmasına başlayıb. Bu barədə konfederasiyanın çərşənbə axşamı yayılan məlumatında deyilir.

Layihə Azərbaycanın Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının dəstəyi ilə reallaşdırılır.

Məlumatda layihənin məqsədinin sahibkarların korrupsiya ilə mübarizədə fəallığına nail olmaq, korrupsiyanın ləğvi və sahibkarlıqda şəffaflığın artırılmasından ibarət olduğu bildirilir.

Konfederasiya ilk iki ayda Gəncə, Lənkəran, Qusar, İmişli və Kürdəmirdə hər birində 25 sahibkar iştirak etməklə birgünlük seminarlar keçirəcək.

Azərbaycan Sahibkarları Milli Konfederasiyası 1999-cu ildə yaradılıb. Təşkilatın üzvlərinin sayı 3,5 min nəfəri ötür. Üzvlük haqqının məbləği sahibkarın hüquqi statusundan asılı olaraq 100 mindən 1 min manatadək dəyişir.

Xəbər lenti

Xəbər lenti