...

Gəncə gil-torpaq kombinatı ərazisində baş vermiş yanğın müəssisəyə maddi ziyan vurmayıb, təlafat yoxdur

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Mart 2008 20:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 mart / Trend , müxbir İ.Xalilova/ Gəncənin gil-torpaq kombinatı ərazisində günün birinci yarısında baş vermiş yanğın müəssisəyə maddi ziyan vurmayıb, həmçinin insan təlafatı yoxdur, - Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsindən bildiriblər.

Gəncə şəhər FHN Yanğından Mühafizə Xidmətinin əməkdaşları kombinatın istilik-elektrik mərkəzində birinci turbin sexindəki nasazlıq səbəbindən baş vermiş yanğını 40 dəqiqə ərzində söndürməyə müvəffəq olublar.

FHN əməkdaşları fakt üzrə araşdırma aparırlar.

Azərbaycanda sovet dönəmindən qalmış alüminium zavodu Sumqayıtda fəaliyyət gösətərir. Bu zavod 12 il sonra, yalnız 2003-cü ildə Hollandiyanın "Fondel Metal" şirkətinin idarəsinə verildikdən sonra yenidən işini bərpa edib. Məhz bu şirkət Azərbaycanın qərbində - Gəncədə illik gücü 50 min-150 min ton olan alüminium zavodunun tikintisi üzrə planlarını açıqlayıb.

"Fondel" 2001-ci ildə investisiya müsabiqəsi nəticəsində, "Azəralüminium" Səhmdar Cəmiyyətinin 3 oybektinin idarəsini 25 illik alıb: Sumqayıt zavodu, Gəncədə illik layihə gücü 450 min ton olan gil-torpaq kombinatı və ölkənin qərbində, Zeylikdəki alunit yatağı. Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi "Azəralüminium" SC-nin idarəsi üzrə Hollandiyanın "Fondel Metall" şirkətinin müqaviləsini investisiya prqramını yerinə yetirməməsi səbəbindən 2006-cı ildə ləğv edib.

Xəbər lenti

Xəbər lenti