...

Dövlət büdcəsi gəlirlərinin icrası Azərbaycanda maliyyə stabilliyini xarakterizə edir – Parlament komissiyasının rəhbəri

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 May 2008 17:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 may/ " müxbir İ.Xəlilova/ 2007-ci il dövlət büdcəsinin gəlirlərinin 104,1 faiz icrası Azərbaycanda maliyyə stabilliyini xarakterizə edir. Bu barədə cümə günü Parlamentin İqtisadi siyasət daimi komissiyasını sədri Ziyad Səmədzadə, 2007-ci il büdcəsinin icrası üzrə hesabatın müzakirəsi zamanı parlamentin plenar iclasında bildirib.

Onun sözlərinə görə, büdcə daxilolmalarının 2003-cü ildəki 14,3 faizə qarşı 55,3 faiz artması ölkədəki iqtisadi inkişafın yüksəlməsi ilə bağlıdır. Dövlət büdcəsi daxilolmalarının 75,1 faizi Vergilər Nazirliyinin xətti ilə təmin edilib. Səmədzadə hesab edir ki, vergi toplanması dinamikası ildən-ilə yaxşılaşır ki, bu da əhalidə vergi mədəniyyətinin artması və vergi inzibatçılığı ilə bağlıdır. Dövlət büdcəsi daxilolmalarının artması Dövlət Gömrük Komitəsi xətti ilə də müşahidə edilir. Ümumi daxilolmalarda onun xüsusi çəkisi 12,9 faiz, Dövlət Neft Fondunun xüsusi çəkisi isə 9,7 faiz təşkil edir.

Ölkənin pul bazasının genişlənməsi ilə hökumət büdcə xərclərini də genişləndirir. Komissiya rəhbəri hesab edir ki, iqtisadi inkişafın sürətlənməsi üçün dünya bazarlarında neftin qiyməti ilə bağlı hazırki vəziyyətdən istifadə etmək lazımdır. 2007-ci ilin yekunlarına görə, dövlət büdcəsinin məxaric hissəsi 96,4 faiz icra edilib. Dövlət xərcləri 60,6 faiz artıb.

"Büdcə xərclərinin artması inflyasiya gözləmələrinin güclənməsinə səbəb olsa da, kapital yatırımlarına xərclərin artması ilə əlaqədar qaçılmazdır", - Səmədzadə hesab edir.

Əhalinin pul gəlirlərinin artım templərinin inflyasiyanın artım templərini ötməsi diqqətəlayiq faktdır. 2003-cü ildə inflyasiya 2,2 faiz olub, 2007-ci ildə isə 16,7 faiz təşkil edib. Gəlirlər isə, müvafiq olaraq, 14,3 və 40,3 faiz olub.

1999-cu ildə dövlət büdcəsinin ümumi xərclərində dövlət investisiyalarının xüsusi çəkisi 2 faiz olduğu halda, 2007-ci ildə 30 faizi ötüb. Ölkə üzrə kapital yatırımları dinamikasında yaxşılaşma müşahidə olunur. 6,8 mlrd. manat ümumi investisiya həcminin 59,6 faizi daxili investisiyalar hesabına təmin edilib ki, bu da ölkənin özəl sektorunun inkişafı və maliyyə bazasının güclənməsi ilə izah edilir. Belə ki, 10-12 il əvvəl daxili vəsaitlər hesabına təmin edilən investisiyaların xüsusi çəkisi cəmi 1-2 faiz təşkil edirdi.

Ötən il ÜDM-in real artımı 25 faiz təşkil edib, neft sektoru üzrə isə 11,3 faiz səviyyəsində olub. Əhalinin adambaşına düşən pul gəlirləri 38,6 faiz, orta aylıq əmək haqqı isə 42 faiz artıb.

2007-ci ilin yekunları üzrə ümumi büdcənin gəlirləri 65,8 faiz artaraq 8069,4 mln. manat, xərclər isə 55,8 faiz artımla 7389,2 mln. manat təşkil edib. Büdcə profisiti 680,2 mln. manat olub (ÜDM-in 2,7 faizi).

2007-ci ildə dövlət büdcəsinin gəlirləri 6006,6 mln. manat təşkil edib ki, bu da 2006-cı ilin göstəricilərini 55,3 faiz ötür (2137,8 mln. manat). Xərclər 6086,2 mln. manat səviyyəsində olub və bu, 2006-cı ildə dövlət xərclərində 60,6 faiz çoxdur (2296,1 mln. manat).

ÜDM-in gəlirlərinin xüsusi çəkisi 3,2 faiz artaraq 23,8 faiz, xərcləri isə 3,9 faiz artaraq 24,1 faiz təşkil edib.

Ötən il sənaye və tikintiyə olan xərclər 2,2 dəfə, kənd təsərrüfatı və ətraf mühitin mühafizəsi 87 faiz, sosial müdafiə və təminat - 74,2 faiz, təhsil - 50,9 faiz, səhiyyə - 58,8 faiz, incəsənət, informasiyavə bədən tərbiyəsi - 41,9 faiz, mənzil və kommunal təsərrüfatı - 49,5 faiz, müdafiəyə olan xərclər isə 26,6 faiz artıb. Dövlət büdcəsindən büdcə təşkilatları işçilərinin əmək haqlarının artırılması, ölkə prezidentinin imzaladığı sərəncama müvafiq olaraq, əhalinin rifahının yaxşılaşdırılması tamamilə maliyyələşdirilib.

Ötən il, dövlət kapital yatırımlarına 1 902,2 mln. manat ayrılıb ki, bu da 2006-cı ilin göstəricisindən 2,2 dəfə çoxdur.

Dövlət büdcəsinin defisiti 79,6 mln. manat təşkil edib.

Mayın 2-ə olan rəsmi məzənnə - 0,829 AZN/USD.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti