...

Azərbaycanın regionunda Xalq Bank-ın filialı açılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 May 2008 21:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 may / Trend / Xalq Bank altıncı regional filialını Yevlaxda açıb. Bu barədə bankın çərşənbə günü yayılan məlumatında deyilir.

Yeni filialın təklif etdiyi xidmətlər kompleksinə depozit əmanətləri, müxtəlif kredit növləri, Vestern Yunion sistemi və Bıstraya Poçta sistemləri üzrə pul köçürmələri, plastik kartlar, kassa-hesablama xidməti və s. daxildir.

Xalq Bank-ın regional şəbəkəsinə Sumqayıt, Zaqatala, Neftçala, Mingəçevir, Cəlilabad, Naxçıvandakı bölmə daxildir. Xalq Bank ilin sonunadək Bakının mərkəzində və iri regional şəhərlərdə bir neçə filial açmağı planlaşdırır.

Xəbər lenti

Xəbər lenti