...

Azərbaycan hökuməti və DB məcburi köçkünlərin iqtisadi inkişafı üzrə layihənin əlavə maliyyələşdirilməsi üçün müqavilə imzalayıblar

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 May 2008 15:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 may / Trend , müxbir İ.Xəlilova/ Azərbaycan hökuməti ilə Dünya Bankı (DB) arasında cümə axşamı məcburi köçkünlərin iqtisadi inkişafına yardım layihəsinin (IDP EDSP) reallaşdırılması üçün əlavə vəsaitin ayrılmasına dair müqavilənin imzalanma mərasimi keçirilib. Birgə maliyyələşdirmənin ümumi həcmi 24,19 mln. dollar təşkil edir. Bu məbləğin 9,6 mln. SDR-i ($15 mln.) Beynəlxalq İnkişaf Assosiasiyası, 8,69 mln. dolları isə ($3,69 mln. ƏDV nəzərə alınmala), hökumət payı hesabına ayrılacaq.

Baş nazir müavini, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin rəhbəri Əli Həsənov imzalanma mərasimində qeyd edib ki, bu vəsait 2005-ci ildə DB-nin dəstəyi ilə reallaşdırılan və 2008-ci ilin sonunadək başa çatdırılması gözlənilən [Bu layihənin dəyəri 12,6 mln. dollar təşkil edirdi, bu məbləğin 11,5 mln. dolları DB kreditləri hesabına ayrılmışdı] layihənin davam etdirilməsinə yönəldiləcək. Lakin praktikaya baxmayaraq, layihə üzrə vəsait bir il əvvəl mənimsənildi və inflyasiya prosesləri səbəbindən, nəzərdə tututaln 200 infrastruktur mikro layihədən 50-nin reallaşdırılması başa çatdırılmadı.

"Hökumət məcburi köçkünlərin problemlərinin həssaslığını nəzərə alaraq, əlavə maliyyələşdirlmə üçün DB-a müraciət edib. Bankın müsbət qərarı onun Azərbaycana etibarının göstəricisidir" - deyə Həsənov bildirib.

Onun sözlərinə görə, layihə çərçivəsində 108 min məcburi köçkün fəyda götürəcək. Azərbaycan tərəfinin xahişi ilə bank mikrolayihələrin reallaşdırılmasında təşkilatların iştirak payını 3 faizə qədər endirməyə də razılıq verib.

Yeni layihə də üç illiyə nəzərdə tutulub. O, özündə iki komponenti birləşdirir: təşkilatlar tərəfindən məcburi köçkünlərə təklif olunan müxtəlif infrastruktur layihələrinin maliyyələşdirilməsi və layihənin reallaşdırılmasına dəstək. İkinci komponent çərçivəsində, Azərbaycan Respublikası Qaçqın və Məcburi Köçkünlərin Sosial İnkişafı Fondu xərclərinin ödənilməsi, əməkdaşlar üçün treninqlərin keçirilməsi, mikro layihələrin hazırlanmasına yardım, qiymətləndirmə və monitorinq üzrə məsləhət xidmətlərinin haqqının ödənilməsi, həmçinin, üç il ərzində auditor yoxlamaları üzrə xərclərin maliyyələşdirilməsi nəzərdə tutulur.

DB-nın Bakı nümayəndəliynin rəhbəri Qreqori Yedceyçak Azərbaycan hökuməti ilə əməkdaşlıqdan razılığını ifadə edib və onun sözlərinə görə, əlavə maliyyələşmə üzrə hazırkı addım yaxşı praktikadır.

Dünya Bankının Azərbaycanda qaçqın və məcburi köçkünlərin iqtisadi inkişafına dəstək üçün ilk krediti 2001-ci ildə 10 mln. dollar həcmində ayrılmışdı. Bu vəsaitlər hesabına məcburi köçkünlərin müvəqqəti olaraq kompakt yaşadığı yerlərdə infrastrukturun bərpa edilməsi üzrə 192 mikrolayihə maliyyələşdirilib. Bu layihədən 170 min nəfər xeyir götürüb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : [email protected]

Xəbər lenti

Xəbər lenti