...

Azərbaycan prezidenti Azərbaycan-Qırğızıstan hökumətlərarası komissiyasının tərkibini təsdiq edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 May 2008 13:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 may / / Azərbaycan prezidenti İlham Əliyev humanitar və iqtisadi məsələlər üzrə Azərbaycan-Qırğızıstan hökumətlərarası komissiyasının tərkibini təsdiq edib. Bu barədə rəsmi mətbuatda bildirilir.

Komissiyanın Azərbaycan tərəfindən həmsədri Baş nazirin birinci müavini Yaqub Eyyubov təyin edilib. Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev, xarici işlər nazirinin müavini Xələf Xələfov, fövqəladə hallar nazirinin birinci müavini Rafael Mirzəyev, iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov, kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev, mədəniyyət və turizm nazirinin müavini Teymur Mehdiyev, səhiyyə nazirinin müavini Sənan Kərimov komissiyanın üzvləri təyin ediliblər.

Azərbaycanın Qırğızıstanda Fövqəladə və Səlahiyyətli səfiri Arif Ağayev və Nazirlər Kabinetinin MDB ölkələri ilə iqtisadi məsələlər şöbəsinin rəhbəri Kamal İsmailzadə də komissiyaya daxildirlər.

Komissiyanın tərkibinin Qırğızıstan tərəfinə çatdırılması ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinə göstəriş verilib.

Xəbər lenti

Xəbər lenti