Azərbaycan, Bakı, 30 may / Trend , müxbir E.İsmayılov/ Cari ilin sonuna qədər "Cahan holdinq" təxminən 200 "Opel" markalı avtomobil satmağı planlaşdırır. Bu barədə cümə axşamı Azərbaycanda "Opel"in yeni ticarət və servis mərkəzinin açılışında "Cahan holdinq"in prezidenti Vüqar Abbasov məlumat verib. 2009-cu ildə satış həcminin 350-450 ədədə çatdırılması planlaşdırılır. "Cahan holdinq"in tərkibinə daxil olan "Cahan motors", "General Motors" şirkətinin Azərbaycanda "Opel" avtomobillərinin satışı üzrə rəsmi dileridir.
Abbasovun bildirdiyinə görə, cümə axşamı Bakının mərkəzində açılan yeni servis mərkəzində təxminən 90 nəfər işləyir. Onun sözlərinə görə, iki ay ərzində "Opel"in Naxçıvan və Gəncədə servis mərkəzlərinin açılması planlaşdırılır.
"Hazırda şəhərimizdə maşın çoxluğunu nəzərə alsaq, qənaətcil və kiçik motorlu maşınlara tələbat daha çoxdur. Bu mənada "Corsa"nın adını çəkə bilərəm, o, öz seqmentində ən güclü maşın hesab olunur", - deyə Abbasov bildirib.
"Opel" servis mərkəzinin açılış mərasimində şirkətin Rumıniya, Bolqarıstan, Baltik ölkələri və "General Motors"un yeni bazarlarında satış, marketinq və postmarketinq üzrə direktoru Aleksandr Moinov bildirib ki, "Opel" markalı avtomobillər texnoloji yeniliklərin maksimal çoxluğunda aşağı qiymət pilləsini tutur.
Onun sözlərinə görə, "Opel"in üstünlüyü ondan ibarətdir ki, o, alman texnologiyası və dizyanı üzrə istehsal olunub, yüksək texniki xarakteristikaya malikdir və çoxfunksiyalıdır.
Moinov bildirib ki, hazırda Azərbaycanda "Opel" markalı avtomobil modelləri arasında satış həcminəgörə "Astra" liderlik edir. Bu model Avropa bazarlarında da aparıcı mövqelərdən birini tutur.
"Cari ilin birinci rübündə yeni "Opel - Insignia" modelinin Azərbaycana gətirilməsi planlaşdırılır. Biz ona çox ümid bəsləyirik. Özündə çoxsaylı texnoloji yenilikləri əks etdirən bu model "Opel"in yeni flaqmanı olacaq" - deyə o əlavə edib. "General Motors" şirkətinin Mərkəzi və Şərqi Avropada satış, marketinq və postmarketinq üzrə icraçı direktoru Kris Lasey bildirib ki, "General Motors" tərəfindən şirkətin Azərbaycanda iş potensialı üzrə apardığı araşdırmalar zamanı iqtisadi inkişaf və bank sisteminin stabilliyi, yüksək neft gəlirləri, böyük miqdarda köhnə avtomobilər xüsusi rol oynayıb.
Ölkədə inkişaf indiqatoru əhalinin avtomobil almaq istəyi və imkanından ibarətdir. "Azərbaycanda tələbatçıların avtomobillərə olan tələbatını təmin etmək lazımdır və biz buna hazırıq", - deyə Lasey bildirib.
"General Motors"un Azərbaycanda "Opel" markalı avtomobillərin satışının reallaşdırılması üzrə tərəfdaşı "Cahan holdinqdir".
"Opel" servis mərkəzinin açılışı zamanı "Opel"in "Vectra", "Astra", "Astra" (cabriolet), "Corsa", "Zafira", "Tigra" modelləri təqdim olunub.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]