Azərbaycan, Bakı, 29 avqust/ Trend , müxbirlər E.İsmayılov, N.Kirtsxaliya/ Gürcüstanın Dəmir Yollarına (GDY) Cənubi Osetiya münaqişəsi nəticəsində 30 mln. lari ($21,5 mln.) məbləğində zərər dəyib, - cümə günü GDY-dan deyiblər.
"Biz münaqişə başlayandan sonra və ölkədəki son hadisələrin gedişində 30 mln. lari itirmişik", - GDY-dan bildiriblər.
GDY avqustun 16-da Kaspi yaxınlığında dəmir yolu körpüsünün partladıması nəticəsində dəmir yolu rabitəsinin qeyr-sabit işləməsi səbəbindən itkilərə yol verib. GDY-nin əsas itkiləri Gürcüstan ərazisi vasitəsilə daşınan neft məhsullarından yığılan tariflərin dayanması nəticəsində yaranıb. Qara Dənizin Kulevi, Batumi və Poti limanlarına Azərbaycan və Mərkəzi Asiyadan neft və neft məhsulları çatdırılır.
Poti limanı da öz itkiləri barədə xəbər verir. Liman rəhbərliyi beynəlxalq məhkəməyə müraciət etmək və Rusiyadan dəymiş ziyanın ödənilməsini tələb etmək niyyətindədir. Cümə günü direktorluq bildirib ki, liman münaqişə nəticəsində iki milyon itirib. Hazırda liman üçdə bir gücündə işləyir.
Limanın rəhbərliyi bəyan edib ki, avqustun 8-də Potinin havadan bombalanması nəticəsində onun texnikası və mülkiyyəti $279 min dəyərində ziyan çəkib, liman icarədarlarının itkisi $100 min təşkil edib. Gürcü-türk müəssisəsi Channel Energy bir milyon dallardan artıq itirib. Kaset bombaların qəlpələri bu şirkətin portda istismar etdiyi çənləri zədələyib
İldə 3,5 mln. ton gücə malik Poti terminalı Azərbaycan və Türkmənistandan gələn duru neft məhsullarının aşırılmasında ixtisaslaşıb. Terminalın sahibi - 75 faiz Delta Petroleum türk şirkəti Channel Energy-yə, qalan pay isə limanın rəhbərliyinə məxsusdur. Porta 25-30 min ton dedeveytə malik tankerlər xidmət göstərir.