...

Bakıda kommersiya əmlakı bahalaşıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Sentyabr 2008 17:57 (UTC +04:00)
Azərbaycan, Bakı, 19 sentyabr/ Trend , müxbir Ü.İsmayılova/ Bakıda avqust ayında kommersiya obyektlərinin qiyməti 1,6 faiz , kommersiya obyektlərinin icarə qiyməti isə 1,4 faiz artıb. Bu barədə cümə günü "Əmlak Bazarı İştirakçıları" İstimai Birliyindən bildiriblər.

Avqustda kommersiya əmlakının bir kvadratmetrinin orta qiyməti 3618 dollar təşkil edib.

Qiymətlər ilin əvvəli ilə müqayisədə 30,7 faiz, 2007-ci ilin avqustuna nisbətdə 37,4 faiz artıb.

Qiymət azalması, əsasən, şəhərin I və IV zonalarında, qiymət artımı isə, Bakının II və III zonalarında müşahidə olunub.

Sentyabrın 19 - na olan rəsmi məzənnə 0,8133 AZN/USD təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti