...

TBC Credit Azərbaycan gənclərinin intellektual və yaradıcılıq potensialının inkişaf etdirlməsi üçün layihələri maliyyələşdirməyə başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Sentyabr 2008 18:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 sentaybr/ Trend / TBC Credit qeyri - bank kredit təşkilatı gənclərin təhsilinin səviyyəsinin yüksəldilməsinə istiqamətlənmiş layihələrə dəstək verir, - cümə günü kredit təşkilatının yaydığı məlumatda deyilir.

İlk iki kredit Sumqayıtdan olan sahibkara keçmiş texnikum binasının bərpasına və onun özəl təhsil müəssisəsinə (İDRAK məktəb-litsey) çevrilməsi üçün verilib. Hazırda bərpa edilmiş və avadanlıqlaşdırılmış binada özəl litsey və uşaq baxçası yerləşib. Təhsil prosesinin formalaşdırılmasına və ixtisaslı kadrların seçilməsinə xüsusi diqqət yönəlib.    

TBC Credit gələcəkdə də əsas məqsədləri gənclərinin intellektual və yaradıcılıq potensialının inkişaf etdirlməsi üçün əlverişli şəraitin yaradılması olan müəssisələrə yardım göstərməyi planlaşdırıb.

Xəbər lenti

Xəbər lenti