...

Azərbaycan Milli Bankı banklarda risklərin idarə edilməsi sistemlərində nöqsanların ləğvi üçün fəaliyyət planı işləyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Dekabr 2008 17:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 dekabr/ Trend , müxbir İ.Xəlilova/Azərbaycan Milli Bankı (AMB) Azərbaycanın banklarında risklərin idarə edilməsi sistemlərinin qiymətləndirilməsi üzrə xüsusi metodologiya işləyib, - AMB-dən cümə axşamı bildiriblər.

"Bankların sistemləri bu metodologiya əsasında qiymətləndirilib və onlara reytinqlər verilib, - Milli Bankdan bildiriblər.  - Zəif tərəflərin aradan qaldırılması üçün fəaliyyət planı işlənilib və artıq onun icrasına başanılıb".

AMB həm də idarəetmə potensialı kontekstində bankların qarşıdakı illərdə inkişaf strategiyasının qiymətləndirilməsini aparıb, bundan sonra banklarla onların inkişaf strategiyası üzrə fəaliyyətlərinin çərçivələrini müəyyənləşdirən memorandumlar imzalanıb.

Azərbaycan Milli Bankı dünya maliyyə böhranı şəraitində likvidliyin tənzimlənməsi üçün bank sisteminə 350 mln. manat əlavə likvidliyi təmin etmiş preventiv tədbirlər görüb.

2008 - ci ilin oktyabrından başlayaraq, təkrarmaliyyələşirmə dərəcəsi illik 15 faizdən 8 faizədək, həm milli, həm də xarici valyutada bank öhdəlikləri üzrə məcburi ehtiyat norması 12 faizdən 6 faizədək, xarici öhdəliklər üzrə məcburi ehtiyat norması 5 faizdən sıfıradək azaldılıb.

Milli Bank 2008-ci il ərzində bank sektorunda maliyyə təhlükəsizliyi səviyyəsinin artırılması məqsədilə prudensial tənzimləmə üzrə tədbirlər görüb. AMB bu tədbirlər çərçivəsində aktivlərin təsnifatı üzrə dərəcələri sərtləşdirib: nəzarət altında olan aktivlər üzrə dərəcələr 6 faizdən 10 faizədək, qənaətbəxş olmayan aktivləri üzrə 25 faizdən 30 faizədək, təhlükəli aktivlər üzrə 50 faizdən 60 faizədək artırılıb. Kreditlərin alınmasında daşınmaz əmlakla təminat üzrə tələblər 120 faizdən 150 faizədək artırılıb, birinci səviyyənin kapitalında subordinasiya edilmiş borcun maksimal məbləğinə məhdudiyyətlər tətbiq edilib - belə borc 50 faizədək ola bilər.

İpoteka kreditləri üzrə risk dərəcəsi 50 faizdən 100 faizədək artırılmalıdır. 2009-cu il yanvarın 1-dən bank və sığorta şirkətlərinin kapitallaşmasına yönəldilən mənfəətin vergidən azad edilməsi barədə qərar qəbul edilib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti