...

2009 - cu ildə Rusiyanı ÜDM-in mənfi artımı gözləyir – ekspertlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Dekabr 2008 18:18 (UTC +04:00)
2009 - cu ildə Rusiyanı ÜDM-in mənfi artımı gözləyir – ekspertlər

Azərbaycan, Bakı, 12 dekabr/ Trend , müxbir A.Bədəlova/ 2009-cu ildə Rusiyada ÜDM real nisbətdə azala bilər, - rusiyalı ekspertlər hesab edirlər.

UniCredit Group beynəlxalq maliyyə qrupunun tərkibinə daxil olan "UniCredit Aton" şirkətinin iqtisadçısı Vladimir Osakovski cümə günü Trend -a bildirib ki, neftin bir bareli 50 dollardan aşağı olsa, gələn il Rusiyada resessiyanın baş verməsi mümkündür.

RF iqtisadi inkişaf nazirinin müavini Andrey Klepaç bu gün bəyan edib ki, artıq Rusiyada resessiya başlayıb. Onun sözlərinə görə, ilin yekunlarına görə, ÜDM-in artımı gözləniləndən 6,8 faiz az olacaq. Klepaç bildirib ki, son iki rüb ərzində iqtisadiyyatın azalması qeydə alınıb və əlavə edib ki, məsələ bununla məhdudlaşmayacaq.

"Klepaçın bəyanatı Rusiya iqtisadiyyatında vəziyyətin gözlənildiyindən pis olduğunu xəbər verir. Bazar onun yavaşımasını güman etsə də, dördüncü rübdə artım gözləyirdi", - Osakovski bildirib. "Lakin Klepaç maliyyə böhranından çox zərər çəkmiş və dördüncü rübdə mənfi rəqəmlərdə olacaq sənaye istehsalı barədə daha çox danışıb".

Klepaç bəyan edib ki, ilin yekunları üzrə ölkənin sənaye istehsalının artımı 1,9 faiz təşkil edəcək.

Alfa Bank-ın analitiki Olqa Naydenova da 2009-cu ildə Rusiya ÜDM-ni mənfi artımın gözləməsi fikri ilə razıdır. Dördüncü rübdə ölkədə resessiya müşahidə olunacaq və  bu kifayət qədər dərin olacaq, - Naydenova hesab edir.

Osakovskinin rəyinə görə, Rusiyada resessiyanın davamlılığı xarici amillərdən, o cümlədən dünya iqtisadiyyatının bərpasından, Rusiyanın ixrac mallarına tələbatdan və qiymət dinamikasından asılı olacaq.

Lakin Osakovskinin gözləmələrinə görə, xarici bazarlarda vəziyyət kifayət qədər kədərli olacaq.

Rusiya iqtisadiyyatı dünya maliyyə böhranı fonunda resessiya vəziyyətinə daxil olmuş növbəti ölkədir. Artıq bəzi Avropa ölkələri, o cümlədən Almaniya, İtaliya, İspaniya, İsveç resessiyanın başladığını elan ediblər.

"Avropa ölkələri ilə müqayisədə biz daha sürətlə artırdıq - bu artımı dayanıqlı adlandırmaq çətin olsa da. Belə ki, o, Rusiyanın ixrac məhsullarının yüksək qiymətləri şəraitində kapital axını hesabına müşahidə olunurdu", - Naydenova bildirib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti