...

Azərbaycan bayrağı altında 1228 gəmi üzür – Azərbaycan Dövlət Dəniz Administrasiyasının rəhbəri

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Dekabr 2008 12:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 dekabr/ Trend , müxbir E.İsmayılov/ Bu ilə olan məlumatlara görə, Azərbaycan bayrağı altında 1228 gəmi üzür. Bu barədə bazar ertəsi Bakıda dənizlərin çirkləndirilməsinin qarşısının alınmasına həsr olunmuş konfransda Azərbaycan Dövlət Dəniz Administrasiyasının rəhbəri Qüdrət Qurbanov bildirib.

Qurbanov deyib ki, gələn il daha dörd gəmiyə Azərbaycan bayrağı altında üzmək hüququ verilməsi planlaşdırılır, onların əksəriyyətini tankerlər təşkil edəcək.

Konfrans dekabrın 17- dək davam edəcək. Azərbaycan Dövlət Dəniz Administrasiyası və Beynəlxalq Dəniz Təşkilatı (IMO) görüşün təhşkilatçılarıdır.

Konfransda IMO - nun London Konvensiyasından irəli gələn məsələlər müzakirə olunacaq.

Görüşdə beynəlxalq dəniz administrasiyalarının ekspertləri, Xəzər və Qara dəniz hövzəsi ölkələri və Azərbaycanın dəniz strukturlarının nümayəndələri iştirak edirlər.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti