Azərbaycan, Bakı, 16 dekabr/ Trend / Xəzərin Azərbaycan sektorunda qəzaya uğramış Rusiyanın "Sarmat-1" gəmisinin xilas edilməsi ağır hava şəraitində aparılıb, - SOCAR-ın (Azərbaycanın Dövlət Neft Şirkəti) məlumatında deyilir.
Təminat yedəyi "Vadim Seyidov" "28 May" Neft - Qaz Çıxarma Idarəsi üçün Çilov adası yaxınlığında işlər aparıb, - şirkətin məlumatında deyilir. Gəmi, yardım göstərmək haqqında müraciət aldıqdan sonra qəza yerinə yola düşüb və saat 00.00- da oraya çatıb.
Çətin xilasetmə əməliyyatı küləyin gücü 20-25 metr, dalğaların hündürlüyü 4-5 metr olduğu şəraitdə aparııb. Xilasetmə əməliyyatlarının aparılması üçün "Vadim Seyidov" gəmisində quraşdırılan müasir avadanlıq bu əməliyyatı həyata keçirməyə imkan verib.