...

Bakı metropoliteni "Azadlıq Prospekti" metro stansiyası üçün yeni avadanlığın quraşdırılması üzrə tender elan edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Yanvar 2009 12:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 yanvar / Trend / Bakı metropoliteni paylayıcı kontrollerlər və "Azadlıq Prospekti" metro stansiyası kompleksinə daxil olan məntəqələr üçün inteqral şəbəkədən istifadə ilə informasiya ötürülməsi, həmçinin qatarların hərəkətinin avtomatik idarə edilməsi və sərnişin axınına nəzarət sistemi üçün vahid dəqiq vaxt sisteminin quraşdırılması və işə salınması üzrə tender elan edib.

Tender iştirakçıları iddiaçı qisimində fevralın 9-dan gec olmamaq şərti ilə tender komissiyasına iştirak barədə müraciət və digər sənədləri təqdim etməlidirlər.

Tender təklifləri fevralın 18-dək qəbul olunacaq və fevralın 19-da saat 15:00-da tender komissiyasının iclasında açılacaq.

Bakı metropoliteni "İçəri Şəhər" stansiyasından "Nəriman Nərimanov" stansiyasınadək üç aralıq stansiya ilə 1967-ci ildən fəaliyyət göstərir. Metropolitenin yeddi stansiyası ("İçəri Şəhər", "Sahil", "28 may", "Cəfər Cabbarlı", "Xətai", "Nizami", "Elmlər Akademiyası") dərin enişli, "Bakmil" - yerüstü, qalanları isə sütunlu, dayaz enişlidir (cəmi 20 stansiya).

Xəbər lenti

Xəbər lenti