...

Azərbaycan bankı Bank Standard "Premier" əmanəti sahibləri üçün xüsusi xidmət göstərəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Fevral 2009 15:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 fevral / Trend / Fevralın 23-dən etibarən Azərbaycan bankı Bank Standard-ın Baş ofisində "Premier" əmanəti sahibləri üçün xüsusi xidmət göstəriləcək. Bu barədə bankın məlumatında bildirilib.

Bunun üçün əməliyyat zalında xüsusi xidmət nöqtələri ayrılıb. Həmin nöqtələrdə "premyerçi" müştərilərə onların şəxsi menecerləri xidmət göstərəcək.  

"Beləliklə, müştəri xidmətlərini təkmilləşdirmək və onun keyfiyyətini artırmaq yolunda bu, Bank Standard tərəfindən atılmış təqdirəlayiq addım kimi səciyyələndirilir", - deyə məlumatda bildirilir.

Eyni zamanda pulsuz "VISA Gold" və ya "MasterCard Gold" kartı, habelə güzəştli kredit xətti açmaq imkanı ilə yanaşı, şəxsi menecer xidməti Bank Standard tərəfindən "Premier" sahiblərinə təqdim olunan növbəti imtiyazdır. Yaxın gələcəkdə eyni xidmət bankın müxtəlif filiallarında da tətbiq ediləcək.

Bank Standard-ın Baş ofisi Azərbaycan prospekti, 4 ünvanında yerləşir.

"Premier" depoziti "Bank Standard"ın müddətli əmanətləri arasında 16,5%-dək müəyyən edilmiş yüksək gəlir faizinə malikdir. Premier depoziti üzrə müqavilələr 3 aydan 3 ilədəkdir.

Şərtlər barədə danışarkən, xüsusi olaraq qeyd etmək lazımdır ki, "Premier" əmanətçisi faiz gəlirlərini hər ay almaq və ya onları əsas məbləğə əlavə edib "faizə faiz" qazanmaq, hesabdakı vəsaiti istənilən məbləğdə artırmaq, qazanılmış faiz gəlirini itirmədən hesabdan istənilən vaxt vəsait götürmək imkanlarına malikdir. Bu halda tələb olunan yeganə şərt ondan ibarətdir ki, əmanətçi hesabdakı vəsaitin minimal həddinin toxunulmazlığını təmin etməlidir. "Azaldılmaz qalıq" adlanan bu minimal hədd müştərinin istəyinə görə 10 və ya 50 min şərti vahid səviyyəsində müəyyənləşdirilir. Regionlar üçün hesabdakı minimal hədd 5 və ya 25 min şərti vahid səviyyəsindədir.

Fevralın 23-nə olan rəsmi məzənnə 0,8052 AZN/USD təşkil edir. 

Məqalə müəllifi ilə əlaqə ünvanı:  [email protected]

Xəbər lenti

Xəbər lenti