Azərbaycan, Bakı, 13 mart / Trend , müxbir Ü.İsmayılova /
"Korrupsiya ilə mübarizə və şəffaflığın təmin olunması üzrə" dövlət strategiyasına uyğun olaraq 2007-2011-ci illər üzrə tədbirlər planının həyata keçirilməsi məqsədilə Bakıda beynəlxalq elmi-praktiki konfrans keçiriləcək", - Azərbaycan Auditorlar Palatasının cümə günü yayılmış məlumatında deyilir. Konfrans 29-30 iyun tarixlərində keçiriləcək.
Azərbaycan prezidentinin dövlət strategiyasının həyata keçirilməsi haqda sərəncamı 28 iyul 2007-ci ildə imzalanıb.
"Daxili nəzarət və audit: şəffaflıq və səmərəliliyin təminatı" mövzusunda beynəlxalq elmi-praktiki konfrans Azərbaycan Vergilər Nazirliyi, Parlament və Auditorlar Palatası tərəfindən təşkil ediləcək.
Konfransda daxili nəzarət və audit problemləri, eləcə də onların həlli yolları müzakirə ediləcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]