...

Azərbaycan və Litva mal dövriyyəsinin artırılması istiqamətində yardım göstərmək niyyətindədir – nazir müavini

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Aprel 2009 11:59 (UTC +04:00)
Azərbaycan və Litva mal dövriyyəsinin artırılması istiqamətində yardım göstərmək niyyətindədir – nazir müavini

Azərbaycan, Bakı, 07 aprel / Trend , müxbir N.İsmayılova /

Azərbaycan və Litva 2008-ci ilin yekunu üzrə 26 mln. dollar təşkil edən mal dövriyyəsinin artırılması istiqamətində yardım göstərmək niyyətindədir. Bu barədə çərşənbə axşamı Azərbaycanın iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov bildirib.

"Ölkələr mal dövriyyəsinin həcmindən razı deyil və gələcəkdə onun artırılmasına şərait yaradacaqlar", - deyə nazir müavini Bakıda keçirilən Azərbaycan-Litva biznes-forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, keçirilən biznes-forum Azərbaycan-Litva münasibətlərinin gücləndirilməsinə, biznes nümayəndələri arasında sıx əlaqələrin qurulmasına yardım göstərir.

"Azərbaycanda biznesin inkişafı üçün əlverişli şərait var. Ölkə regionlarının inkişafına xüsusi diqqət ayırmaq lazımdır", - deyə Səfərov bildirib.

Xəbər lenti

Xəbər lenti