...

Azərbaycan adalarının birində 4,5 milyard dollar dəyərində kurort və yaşayış zonası inşa ediləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Aprel 2009 16:31 (UTC +04:00)
Azərbaycan adalarının birində 4,5 milyard dollar dəyərində kurort və yaşayış zonası inşa ediləcək

Azərbaycan, Bakı, 07 aprel / Trend , müxbir Ü.İsmayılova /

Çərşənbə günü Ramboll tikinti və dizayn xidmətləri sferasının direktoru Lars Ostenfeld Riman obyektin baş planının təqdimaında deyib ki, Bakı buxtasının Zirə adasında 4,5 milyard dollar dəyərində kurort zonası tikiləcək. Kurort və yaşayış zonasının xarici görkəmi Azərbaycan ərazisində yerləşən yeddi dağ zirvəsini xatırladacaq.

"Tikinti işlərinə bir ildən sonra investor cəlb edildikdən sonra başlanacaq və 6-8 il ərzində inşaat işləri tamamlanacaq", - Riman deyib.

Rimanın sözlərinə görə, 10 min nəfərə hesablanmış kurortun ümumi sahəsi 1 mln. kvadrat kilometr təşkil edəcək. Adada ekoloji cəhətdən təmiz enerji mənbəyi quraşdırılacaq. Elektrik enerjisi 16 yel elektrik stansiyası tərəfindən əldə ediləcək. Yanacaqdan istifadə edilməyəcək.

Ada ərazisində, eləcə də şəhərə doğru hərəkət etmək üçün nəqliyyat vasitəsi kimi elektromobillərdən, mini-gəmilərdən və asma körpülərdən istifdə ediləcək. Kurort zonasında 3-4 ulduzlu otellər tikiləcək. Layihənin baş planına 300-ə yaxın şəxsi villaların tikilişi də daxildir.  

Rimana görə, kurort zonasının inşa olunmasında başlıca məqsəd şəhər səs-küyündən maksimal dərəcədə uzaqlaşmaqdır.

Layihəyə əsasən, çirkli suların tullantısı qətiyyən olmayacaq, çünki istifadə olunan su tamamilə emal olunacaq və ada ərazisində suvarmada istifadə ediləcək.

İlkin mərhələdə tikinti işləri başa çatanadək mövcud olan su kəmərləri və qazdan istifadə olunacaq. Son mərhələdə isə yanacaqdan istifadə edilməyəcək və suya olan tələbat Xəzər dənizi suyunun duzdan təmizlənməsi hesabına ödəniləcək.

"Layihənin baş planını işləyən Avrositi Holding şirkəti tikinti işləri aparmaq üçün dövlətin razılığını alıb", - şirkətin maliyyə müdiri Kamran Quliyev deyib.

Adanın layihəsi BIG - Bjarke Ingels Group, Ramboll, Pihl & SON və Kosar Demir şirkətləri tərəfindən hazırlanıb.  

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti