...

Azərbaycanın daşınmaz əmlak bazarında yaranmış vəziyyət maliyyə böhranı ilə bağlı deyil – Dövlət Reyestr Xidmətinin rəhbəri

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Aprel 2009 15:29 (UTC +04:00)
Azərbaycanın daşınmaz əmlak bazarında yaranmış vəziyyət maliyyə böhranı ilə bağlı deyil – Dövlət Reyestr Xidmətinin rəhbəri

Azərbaycan, Bakı, 13 aprel / Trend , müxbir Ü.İsmayılova /

Azərbaycanın daşınmaz əmlak bazarında fəallığın və qiymətlərin düşməsi dünya maliyyə böhranının təsiri ilə deyil, ölkədə gedən daxili proseslər ilə bağlıdır. Bu barədə Azərbaycanın Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəhbəri Arif Qaraşov bildirib.

"Bu gün daşınmaz əmlak bazarında sövdələşmələrin tempində həqiqətən azalma müşahidə olunur, bu, qeyri-mövsümi dövr, bələdiyyə torpaqlarının satışının dayandırılması və gözləmə mövqeyi ilə əlaqədardır", - bazar ertəsi Qaraşov bildirib. 

Onun sözlərinə görə, bazarda gözləmə mövqeyi qiymət düşməsi demək deyil. "Alıcı daşınmaz əmlak qiymətlərinin düşməsini gözləyir, satıcı isə onları ucuz qiymətə satmaq istəmir. Bu vəziyyət bazara təsir göstərib, lakin belə bir vəziyyətdə qiymətlər maksimum dərəcədə düşmür", - deyə Qaraşov qeyd edib.   

"Tikinti sektorunda işləyən Azərbaycan sahibkarları hazırkı vəziyyətdə az qazanmağa və öz obyektlərini maksimum şəkildə satmağa çalışmalıdırlar", - Qaraşov vurğulayıb.    

"MBA Group" konsaltinq şirkətinin apardığı monitorinqin nəticələrinə görə, martda Bakının daşınmaz əmlak bazarında orta qiymətlər fevrala nisbətdə 1,7 faiz, ilin əvvəlinə nisbətdə isə 3,7 faiz düşüb. Bakının I zonasında orta qiymətlər fevrala nisbətdə 1,7 faiz, II zonada 1,1 faiz, III zonada  4,4 faiz, IV zonada isə 3,7 faiz düşüb.

Məqalə müəllifi ilə əlaqə ünvanı:   [email protected]

Xəbər lenti

Xəbər lenti