...

FMI Azərbaycanın kapital bazarı üzrə treninqlərinə olan tələbatının qiymətləndirilməsini keçirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Aprel 2009 20:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 aprel / Trend /

"Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dəstəyi ilə Bakı Fond Birjası (BFB) tərəfindən keçirilən "Kapital bazarlar üzrə treninq" layihəsinin birinci mərhələsi çərçivəsində aprelin 13-də ABŞ-ın FMİ (Financial Markets International) şirkətinin nümayəndələri Con Hardi və Ceremi Krips BFB-də olublar", - birjanın bazar ertəsi yaydığı məlumatda deyilir.

Bakıya səfəri çərçivəsində xarici ekspertlər BFB, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Milli Depozit Mərkəzi, yerli broker şirkətləri və digər təşkilatlarla bir sıra görüşlər keçirəcəklər.

Görüşlərin nəticəsi olaraq, yerli fond bazarının mövcud problemləri və treninq ehtiyaclarının müəyyən edilməsi və layihə üzrə Ehtiyacların Qiymətləndirilməsi Hesabatının (Training Needs Assessment report) hazırlanması nəzərdə tutulur.

Layihə çərçivəsində xarici ekspertlər tərəfindən peşəkar bazar iştirakçılarında korporativ idarəetmə standartlarının tətbiq edilməsi və təkmilləşdirilməsi, eləcə də bazar infrastrukturunun institutionallaşdırılması və optimizasiyası üzrə tövsiyələrin hazırlanması da gözlənilir.  

Xəbər lenti

Xəbər lenti