...

Bakı Fond Birjası broker şirkətlərinin nümayəndələri üçün treninqlərə başlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 İyun 2009 14:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 iyun / Trend /

"1 iyun 2009-cu il tarixindən etibarən Bakı Fond Birjası (BFB) broker şirkətlərinin nümayəndələri üçün yeni ticarət sisteminə keçidlə əlaqədar olaraq 2 həftəlik treninqlərə başlayır", - birjanın məlumatında deyilir.

Brokerlərə birjanın yeni ticarət sistemi barədə prezentasiya edilib və BFB-nın ticarət zalında yeni sistemlə praktiki məşğələlər aparılıb.

"Çərşənbə axşamından başlayaraq mövcud ticarət sistemi ilə yanaşı yeni sistem vasitəsilə də sınaq rejimində hərraclar keçiriləcək. Bununla brokerlər bütün proseslərlə əyani surətdə tanış olacaq və birja yeni ticarət sisteminin son praktiki sınağını həyata keçirəcək.", - məlumatda bildirlir.

BFB cari ayın sonunadək yeni ticarət sisteminə keçməyi planlaşdırır. Yeni sistem mövcud ticarət sistemindən fərqli olaraq Oracle platforması əsasında hazırlanıb və daha funksional və çevikdir. Bundan əlavə, yeni ticarət sistemində brokerlər üçün məsafədən qoşulma imkanı nəzərdə tutulub.

Treninqlərdə iştirak BFB-nın üzvü olan bütün broker və diler şirkətləri üçün açıqdır.

Xəbər lenti

Xəbər lenti