Azərbaycan, Bakı, 03 аvqust / Trend , müxbir N.İsmayılova /
Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə olan rəsmi məzənnəsi 0,0002 bənd ucuzlaşıb (0,02 faiz). Orta məzənnə 1 ABŞ dollarına 0,8042 manat səviyyəsində müəyyən olunub.
Manata münasibətdə dolların maksimum məzənnəsi iyulun 30 və 31-də 1 ABŞ dolları üçün 0,8043 manat, minimum isə iyulun 27 və 28-də 1 ABŞ dollarına 0,8041 manat müəyyən olunub.
ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi |
|||
20 iyul |
0,8041 |
27 iyul |
0,8041 |
21 iyul |
0,8041 |
28 iyul |
0,8041 |
22 iyul |
0,8042 |
29 iyul |
0,8042 |
23 iyul |
0,8041 |
30 iyul |
0,8043 |
24 iyul |
0,8042 |
31 iyul |
0,8043 |
Həftə ərzində orta məzənnə |
0,80414 |
Həftə ərzində orta məzənnə |
0,8042 |
Ötən həftənin yekununa əsasən, müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə Bakı Banklararası Valyuta Birjasının alış-verişi nəticəsində birja məzənnəsi 0,004 bənd (0,4 faiz)ucuzlaşıb. Orta məzənnə 1 ABŞ dollarına 0,80363 manat səviyyədə müəyyən olunub.
Həftə ərzində BEST-də həmin gün valytulaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): iyulun 27-də sövdələşmə qeydə alınmayıb və bu səbəbdən kurs əvvəlki 0,8033 AZN/ASD səviyyəsində qalıb, iyulun 28-də 0,8037 AZN/USD məzənnəsi ilə $3,6 mln., iyulun 29-da- 0,8037AZN/USD məzənnəsi ilə $0,8 mln., iyulun 30-da - 0,8037 AZN/USD məzənnəsi ilə $1,39 mln., iyulun 31 sövdələşmə olmayıb, bu səbədən də məzənnə əvvəlki 0,8037 AZN/USD səviyyəsində saxlanılıb.
ABŞ dollarına münasibətdə manatın birja məzənnəsi |
|||
20 iyul |
0,8026 |
27 iyul |
0,8033 |
21 iyul |
0,8033 |
28 iyul |
0,8037 |
22 iyul |
0,8033 |
29 iyul |
0,8037 |
23 iyul |
0,8033 |
30 iyul |
0,8037 |
24 iyul |
0,8033 |
31 iyul |
0,8037 |
Həftə ərzində orta |
0,80316 |
Həftə ərzində orta |
0,80362 |
USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığından dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. RUB/AZN və EUR/AZN alətləri üzrə BEST-ə banklar tərəfindən sifarişlər təqdim olunmayıb.
Ötən həftə özəlləşdirmə çeklərinin qiyməti əvvəlki səviyyəsində qalıb. Özəlləşdirmə çeklərinin alışı 9 manat, satışı isə 10 manata həyata keçirilib. Qiymətlərin azalması (2009-cu ildə bəzən çeklərin məbləği 20 manatı ötürdü) dövlət mülkiyyətinin özəlləşdirilməsinin azalması ilə izah olunur.
Özəlləşdirmə çeklərinin istifadə müddəti 2010-cu il yanvarın 1-dək müəyyən olunub.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]