Azərbaycan, Bakı, 11 sentyabr / Trend /
Bu ilin yeddi ayı ərzində İran və ABŞ arasında əmtəə dövriyyəsi ötən il ilə müqayisədə 13 faiz artaraq 189 milyon dollara çatıb. Bu barədə Fars informasiya agentliyi xəbər verir.
Bu ilin yeddi ayı ərzində ABŞ-ın İrana ixracı 51 faiz artıb. Bu dövr ərzində ABŞ-dan İrana 151 milyon dollar məbləğində əmtəə ixrac edilib. Ötən ilin analoji dövründə bu göstərici 100 milyon dollar təşkil edib.
İranın ABŞ-a ixracı 43 faiz azalıb. 2008-ci ildə İrandan ABŞ-a 66 milyon dollar həcmində əmtəə ixrac edilmişdisə, bu ildə bu rəqəm 38 milyon dollar təşkil edib.