...

Azərbaycan sahibkarlarına güzəştli kreditlər verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Sentyabr 2009 18:16 (UTC +04:00)
Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu (SKMF) səlahiyyətli kredit təşkilatları vasitəsilə Azərbaycanın qərb rayonlarında fəaliyyət göstərən sahibkarlara ümumi məbləği 1,7 milyon manat olan təxminən 130 güzəştli kredit verib.
Azərbaycan sahibkarlarına güzəştli kreditlər verilib

Azərbaycan, Bakı, 25 sentyabr / Trend , müxbir Ü.İsmayılova /

Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu (SKMF) səlahiyyətli kredit təşkilatları vasitəsilə Azərbaycanın qərb rayonlarında fəaliyyət göstərən sahibkarlara ümumi məbləği 1,7 milyon manat olan təxminən 130 güzəştli kredit verib. Bu barədə nazirliyin cümə günü yayılan məlumatında deyilir.

Məlumatda deyilir ki, cümə günü Gəncə şəhərində regionlarda sahibkarlığa dövlət dəstəyinə həsr edilmiş tədbir keçirilib. Tədbirdə Gəncə-Qazax iqtisadi rayonunun sahibkarları iştirak edib.

"Gəncə, Göygöl, Goranboy, Samux, Daşkəsən, Qazax, Tovuz, Ağstafa və Şəmkir rayonlarında sənaye və kənd təsərrüfatı sahələrində fəaliyyət göstərən 130-a yaxın sahibkar güzəştli kreditlər alıb. Bu layihələrin kreditləşdirilməsi 260-dan çox yeni iş yerinin açılmasına şərait yaradacaq", - məlumatda deyilir.

"İlin əvvəlindən Azərbaycanda SKMF vəsaiti hesabına 1,56 mindən çox sahibkara 95 milyon manat məbləğində güzəştli kreditlər verilib. Bunların realizəsi təxminən 6,8 min yeni iş yerinin açımasına imkan verəcək", - məlumatda deyilir.

Bundan əlavə, Gəncədə sahibkarlar üçün "Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına güzəştli kreditlərin verilməsi üçün sahibkarlıq subyektləri tərəfindən təqdim edilən investisiya layihələrinin hazırlanması və qiymətləndirilməsi" mövzusunda treninq də keçirilib. Treyninqdə sahibkarlar tərəfindən təqdim edilmiş investisiya layihələrinin qiymətləndirilməsi, biznes-planın təşkili proseduru, güzəştli kredit almaq qaydaları barədə ətraflı məlumat almaq üçün 350-dən çox sahibkar iştirak edib.

Fond rəhbərliyi Gəncəyə səfəri zamanı "Neon" firmasının 3 min tonluq taxıl anbarında və makaron sexi ilə tanış olub.

Sentyabrın 25-nə olan rəsmi məzənnə 0,8034 AZN/USD təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti