Türkmənistan, Aşqabad, 03 oktyabr / Trend , müxbir H.Həsənov/
"Polimeks İnşaat Təəhhüd və Sənaye Ticarət A.Ş." türk şirkəti Türkmənistanda yeni müəssisənin tikilməsi üçün müqavilə imzalayıb.
Söhbət il ərzində bir milyon ton qeyri-filiz tikinti materialları istehsaletmə gücünə malik dörd doğrayıcı-çeşidləyici avadanlığın montajından gedir.
Podratçı Türkmənistanın Sənaye və Tikinti Materialları Nazirliyidir. Müqavilə prezident tərəfindən dəstəklənib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]