...

Bakıda keyfiyyətsiz dəftər və kitablar satışdan çıxarılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Oktyabr 2009 18:39 (UTC +04:00)
Bazar ertəsi Azərbaycan İqtisadi İnkişaf Nazirliyindən verilən məlumata əsasən, nazirlik yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti dərslik və məktəb ləvazimatlarının keyfiyyətini yoxlamaq məqsədi ilə monitorinq keçirib.
Bakıda keyfiyyətsiz dəftər və kitablar satışdan çıxarılıb

Azərbaycan, Bakı, 05 oktyabr / Trend , müxbir Ü.İsmayılova/

Bazar ertəsi Azərbaycan İqtisadi İnkişaf Nazirliyindən verilən məlumata əsasən, nazirlik yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti dərslik və məktəb ləvazimatlarının keyfiyyətini yoxlamaq məqsədi ilə monitorinq keçirib.

Monitorinq çərçivəsində dəftər üzləri, "Aspoliqraf " mətbəəsinin istehsalı olan "Azərbaycan dili - 8" dərslikləri, həmçinin "Prestij" firmasına məxsus "My Notebook" dəftərləri yoxlanılması üçün laboratoriyalara göndərilib.

Laborator analizlərin nəticələrinə görə, dərsliklərin cildlərinin səthi hamar deyil və pozulan boya ilə rənglənib, səhifələri isə tam açılmır. Dəftər üzlərinin də rəngi qalıcı deyil, cədvəllər isə demək olar ki, heç görünmür.

Monitorinq zamanı aydın olub ki, dərsliklər qeyri-leqal yolla çap olunub, dəftərlərin istehsal mənbəyi isə məlum deyil.

Monitorinq zamanı qeyri-leqal yolla çap olunmuş 178 kitab və 3,115 min dəftər satışdan çıxarılıb.

Monitorinqlər davam edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti